Şirkət haqqında

FleetStock GROUP şirkəti rəsmi olaraq 2006 ildən fəaliyyət göstərir. Şirkət qısa bir zamanda çox böyük uğurlara imza ataraq sürətli irəliləyişlərində davam etməkdədir. Böyük kollektivimizlə Sizə aşağıdakı təkliflərimizı nəzərinizə çatdırırıq.

FleetStock GROUP şirkəti Sizə böyük çeşiddə orjinal ehtiyat hissələri, filterlər, müxtəlif hava kompressorları, remenlər və yağlar təklif edir. Bakı stokumuzda (anbarımızda) artıq 10500 çeşidə yaxın istənilən avadanlıqlar üçün (məsələn: gəmilər, ekskavatorlar, traktorlar, qreyderlər, yük və minik maşınları, dəzgahlar, aqreqatlar, generatorlar, stasionar maşınlar, platformalar, təyyarələr və s. daxili yanma mühərrikləri və hidravlika sahəsinin bütün çeşidləri üçün avadanlıqlara) nəzərdə tutulan hava, yağ, yanacaq, su, hidravlik və s. orjinal filterləri, mühərrik, dinamo, kondisioner, su pompasi və s. hissələr üçün remenlər və yağları əldə edə bilərsiniz