
“KAESER KOMPRESSORS” dünyanın aparıcı istehsalçılarından biri olaraq sıxılmış hava qurğuları istehsal edən və bu sahədə xidmətlər göstərən şirkətdir. 1919-cu ildə maşınqayırma sexi olaraq qurulan “Kaeser”, hazırda Almaniyada iki istehsal sahəsinə malikdir. Şirkət Almaniyanın Coburg şəhərində və Gera (Türingiya) şəhərində öz məhsullarını istehsal edir. “KAESER KOMPRESORS” aşağıdakı məhsulları və xidmətləri təklif edir: vintli stasionar kompressorlar, porşenli kompressorlar, daşına bilən (mobil) kompressorlar, stomatoloji kompressorlar, kompressorlu hava idarəetmə sistemləri, vakum nasosları, hava üfürücüləri, filterlər, quruducular, SIGMA idarəetmə sistemləri, hava avadanlıqları və aksessuarlar.